Accessibility links

Avropa Birliyi gənc iranlı keşişin ölüm hökmünün ləğvini tələb edir


Avropa Birliyi gənc iranlı keşişin ölüm hökmünün ləğvini tələb edir
Avropa Birliyi gənc iranlı keşişin ölüm hökmünün ləğvini tələb edir

ABŞ hökuməti və Böyük Britaniyanın xarici işlər naziri də yaydıqları ayrı-ayrı bəyanatlarda İran hakimiyyətindən bir uşaq atası olan keşişin ölüm hökmünün ləğvini, azadlığa buraxılmasını tələb edib.

Avropa Birliyinin xarici işlər naziri Ketrin Eşton edam ərəfəsində olan gənc iranlı keşiş Yusif Nəderxaninin ölüm hökmünün ləğvini tələb edib.

“Media forum” saytının məlumatına görə, Ketrin Eştonun sentyabrın 29-da yaydığı bəyanatda deyilir ki, İran hakimiyyəti gənc keşişi dərhal azadlığa buraxmalıdır.

ABŞ hökuməti və Böyük Britaniyanın xarici işlər naziri də yaydıqları ayrı-ayrı bəyanatlarda İran hakimiyyətindən bir uşaq atası olan keşişin ölüm hökmünün ləğvini, azadlığa buraxılmasını tələb ediblər.

12 il əvvəl islamı tərk edərək xristianlığı qəbul edən Yusif Nəderxani 2009-cu ilin oktyabr ayında həyat yoldaşı ilə birlikdə Rəşt şəhərində tutulub. Rəşt məhkəməsi Yusif Nəderxanini islam dinini tərk etməkdə, müsəlmanları xristianlığa dəvət etməkdə, ev şəraitdə gizli kilsə yaratmaqda və islama qarşı çıxmaqda günahlandıraraq edama məhkum edib. Sonradan məhkəmə beynəlxalq etirazlardan sonra işə yenidən baxıb və ölüm hökmünün ləğvi üçün keşişin tövbə edərək islama qayıtmasını şərt qoyub.

Sentyabrın 28-də son məhkəmə iclasına gətirilən Yusif Nəderxani tövbədən imtina edib və xristianlıqda qalacağını deyib. Bununla da ölüm hökmü qüvvədə saxlanıb. Keşişin hər an edam ediləcəyi gözlənilir.

XS
SM
MD
LG