Accessibility links

Avropa Birliyi liderləri qanunsuz miqrantlarını axını ilə bağlı növbəti addımları müzakirə etmək üçün bu gün növbədənkənar toplantı keçirirlər. Dünən qurumun daxili işlər nazirləri 120 min miqranta Avropa Birliyinin 28 ölkəsindən sığınacaq verilməsinə dair plan barədə razılığa gəliblər.

Bu plan birliyin şərq sərhədlərindəki ölkələrində gərginliyi azaltmaq məqsədi daşıyır. Bölgə son aylarda Suriya və Əfqanıstandakı zorakılıqlardan qaçan minlərlə insanı qəbul etməklə mübarizə aparır.

Macarıstan, Slovakiya, Çex Reppublikası və Rumıniyanın plana qarşı çıxmasına baxmayaraq, daxili işlər nazirlərinin böyük əksəriyyəti qanunun lehinə səs verib.

Bugünkü toplantının Avropa Birliyinin xarici sərhədlərinin gücləndirilməsinə, Türkiyə kimi Avropa Birliyinə daxil olmayan ölkələrə yardım edilməsinə həsr olunacaq.

XS
SM
MD
LG