Accessibility links

Anders Foq Rasmussen: "Avropa Birliyi ölkələri müdafiə xərclərini artırmalıdır"


NATO baş katibi bu gün Brüsseldə keçirilən təhlükəsizlik konfransında çıxış edib

NATO baş katibi Anders Foq Rasmussenin sözlərinə görə, Avropa Birliyi ölkələri müdafiə xərclərini artırmalıdır. Bu gün Brüsseldə təhlükəsizlik konfransında danışan cənab Rasmussen deyib ki, müdafiə yardımı Avropanın Amerika ilə müttəfiqliyinə dəyər verdiyini göstərməsinə kömək edər. NATO-nun Avropalı üzvlərinin Əfqanıstandakı müharibəyə güclü yardımını vurğulayan Rasmussenin sözlərinə görə, onlar Amerika ilə müttəfiqliyin öz-özünə baş vermədiyini bilməlidir. O, həmçinin İran və başqa ölkələrdən gələ biləcək təhlükələr səbəbilə NATO və Rusiyanın raketdən müdafiə sahəsində əməkdaşlıq aparmasını təklif edib. Cənab Rasmussen eyni çağırışı sentyabr ayında etdiyi vaxt Rusiya buna müsbət reaksiya göstərmiş, lakin ABŞ-ın Avropada raketlərdən müdafiə planına skeptik münasibət bildirmişdir.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG