Accessibility links

Avropa Birliyi: Rusiyaya yeni sanksiyalar tətbiq edilə bilər


Flags - Ukraine-EU-Russia

Flags - Ukraine-EU-Russia

Kremli Ukrayna prezidentinin hökumət qüvvələri ilə Rusiyapərəst separatçılar arasında döyüşlərin dayandırılması məqsədi daşıyan sülh planına əməl etməyə çağıran Avropa xarici işlər nazirləri əks təqdirdə Rusiyaya yeni sanksiyalar tətbiq olunacağı barədə xəbərdarlıq edib.

Böyük Britaniya xarici işlər naziri Uilyam Heyq deyib ki, Avropa Birliyi liderləri cümə günü keçiriləcək Brüssel zirvə toplantısında daha geniş sanksiyalar barədə qərar verməyə hazır olacaqlar. Bu qərar Rusiyanın Ukrayna prezidenti Petro Poroşenkonun sülh planını verəcəyi cavabdan asılı olacaq.

İsveç xarici işlər naziri Karl Bildt isə Moskvanın silahlı döyüşçülərin və silahların göndərilməsinin qarşısını almasına dair heç bir əlamət olmadığını deyib. O, habelə Rusiyanı tam gücü ilə təbliğat müharibəsi apardığını da bildirib.

Xarici işlər nazirlərinin birgə bəyanatı Rusiya prezidenti Vladimir Putini rus qoşunlarını Ukrayna sərhədlərindən geri qaytarmağa çağırır.
XS
SM
MD
LG