Accessibility links

Avropa Birliyi Serbiya və Kosovonu gərginlikləri azaltmağa çağırıb

  • Amerikanın səsi

Avropa Birliyi Serbiya və Kosovonu gərginlikləri azaltmağa çağırıb

Avropa Birliyi Serbiya və Kosovonu gərginlikləri azaltmağa çağırıb

Avropa Birliyi Serbiya və Kosovonu şimal sərhədyanı bölgələrdə gərginlikləri azaltmağa çağırıb. Qurumun Xarici Siyasət şəbəsinin rəhbəri Katrin Aşton tərəfləri dialoqa səsləyib. O, Avropa Birliyinin nümayəndəsi Robert Kuperin gələn bir neçə gün ərzində regiona səfər edib,tərəfləri müzakirə masası arxasına gətirməyə çalışacağını bildirib.

Serbiya televiziyası Avropa Birliyi polisinin Serbiya yaxınlığında Kosovonun şimalındakı sərhəd postuna hücum edən 200-ə qədər maskalı serbdən qaçaraq maşınlarına doluşduqlarını göstərib. Kütlə gecəyarısı qapıları və pəncərələri sındırır, zastavaya od vurur.

Əfqanıstanda və Liviyadakı müharibəyə görə sıralarını genişləndirmiş NATO bu əraziyə də Amerika və Fransa sülhməramlılarını göndərib. Cümə axşamı NATO bildirib ki, yanğın bombaları ilə silahlanmış serblərin hücumuna baxmayaraq, onlar iki sərhəd məntəqəsinə nəzarəti ələ keçirə bilib.

Alyansın Kosovoda 6 minlik qoşunu var. NATO 11 il ərzində bu ərazidə serb qüvvələrinə təzyiq göstərərək, onları müstəqillik tələb edən etnik albanlara qarşı təzyiqlərə son qoymağa çağırıb.

Amma sonuncu zorakılıq halları belə bir sual qaldırıb ki, Kosovoda etnik qarşıdurmalar artsa, NATO qüvvələri kifayət edəcəkmi?

Avropa Birliyinin Kosovodakı baş diplomatı, Beynəlxalq Mülki Missiyanın rəhbəri Pieter Feith açıqlayıb ki, beynəlxalq ictimaiyyət Kosovonun şimalındakı artan gərginliyin qarşısını almaqda çətinlik çəkir. Kosovadakı 60 min serb regionun Serbiyadan ayrılıb müstəqillik elan etməsi ilə razılaşmır.

Feith bildirib ki, problem Kosovonun şimalındakı serb icmasının hələ də Kosovonun paytaxtı Priştinaya yox, rəsmi Belqrada tabe olmasından qaynaqlanır. Feithin sözlərinə görə, beynəlxalq ictimaiyyət şimalın Kosovodan ayrılmasını və situasiyanın “dondurulmuş münaqişə” vəziyyətinə gəlməsini istəmir. Çünki bu ərazi Avropa Birliyi üçün strateji əhəmiyyət kəsb edir.

Kosovo hökuməti bildirib ki, Serbiya zorakalığı dəstəkləyir və ona rəvac verir. Amma Belqradın danışıqlarda baş nümayəndəsi Borko Stefanoviç ittihamları rədd edib.

“Biz əmin-amanlıq yaratmaq üçün hər şeyi edirik. Və biz hər cür zorakılığı ciddi şəkildə pisləyirik”.

Sonuncu qarşıdurma bu həftə Kosovonun baş naziri Haşim Tacinin xüsusi polis qüvvələrinə iki mübahisəli sərhəd keçid məntəqəsinə nəzarət barədə göstəriş verməsindən sonra başlayıb. Həmin məntəqəyə indiyə qədər Avropa Birliyinin nəzarəti ilə serblərdən ibarət polis qüvvələri nəzarət edirdi.

Regiondakı gərginlik Qərbin Kosovonun qonşu Serbiya ilə münasibətlərini normallaşdırmaq cəhdlərinə kölgə salır. Üstəlik, bu elə bir vaxtda baş verir ki, hər iki tərəf Avropa Birliyi ilə əlaqələri yaxşılaşdırmağa çalışır.

NATO Balkanlarda növbəti münaqişənin alovlanmasının qarşısını almağa çalışarkən BMT Təhlükəsizlik Şurası da məsələni müzakirə etməkdə davam edir.

XS
SM
MD
LG