Accessibility links

Avropa Birliyi İsraili Qəzza Zolağının blokadasını yüngülləşdirməyə çağırır


Avropa Birliyi İsraili Qəzza Zolağının blokadasını yüngülləşdirməyə çağırır

Avropa Birliyi İsraili Qəzza Zolağının blokadasını yüngülləşdirməyə çağırır

Birlik sərhədlərdə nəzarətə yardım üçün bölgəyə monitorlar göndərməyə hazır olduğunu bildirib

Avropa Birliyinin yüksək səviyyəli diplomatları İsraili Qəzza Zolağının blokadasını yüngülləşdirməyə çağırmışlar. Avropa Birliyinin Xarici Siyasət şöbəsinin rəhbəri Kətrin Aşton bu gün Qəzzada müxbirlərlə görüşü zamanı insanların gediş-gəlişi və ticarət mallarının çatdırılmasının asanlaşdırılması üçün hər iki tərəfin sərhədlərinin açılmalı olduğunu deyib. Xanım Aşton sərhədlərdə nəzarətə yardım üçün Avropa Birliyinin bölgəyə monitorlar göndərməyə hazır olduğunu deyib. Kətrin Aşton İsraili Qəzza Zolağının blokadasını yüngülləşdirməyə çağıran yüksək səviyyəli qərb diplomatıdır. İsrail isə Gəzzada nəzarəti əlində saxlayan Həmasın silah al-verinin qarşısının alınması üçün blokadanın vacib olduğunu deyir.

XS
SM
MD
LG