Accessibility links

Avropa Birliyi İsrailin Qəzzanı blokadaya almasına qarşı ciddi ölçülər götürməyə çağırılır


Avropa Birliyi İsrailin Qəzzanı blokadaya almasına qarşı ciddi ölçülər götürməyə çağırılır
Avropa Birliyi İsrailin Qəzzanı blokadaya almasına qarşı ciddi ölçülər götürməyə çağırılır

İspaniya, Fransa və İtaliya Birliyiə Qəzzaya silah aparıldığı deyilərək qadağa qoyulan gəmini yoxlamasını təklif etmişlər

İspaniyanın baş naziri Xose Luis Zapatero ölkəsinin Avropa Birliyini İsrailin Qəzza Zolağını blokadaya almasına qarşı ciddi ölçülər götürməyə çağıracağını deyib. Cənab Zapatero bu açıqlamanı bu gün müxbirlərlə görüşü zamanı deyib və əlavə edib ki, İspaniya Qəzzadakı vəziyyətlə bağlı birliyin daha israrlı olmasını istəyir. Dünən İspaniya, Fransa və İtaliyanın xarici işlər nazirləri Avropa Birliyinə Kiprdəki monitorinq qrupunun Qəzzaya silah aparıldığı deyilərək qadağa qoyulan gəmini yoxlamasını təklif etmişlər.

İsrail 2007-ci ildən, Həmasın Qəzzanı nəzarəti altına almasından bəri yaraqlıların silah gətirməsinin qarşısını almaq üçün bölgəni blokadaya aldı.

XS
SM
MD
LG