Accessibility links

Avropa Birliyi Ukrayna ilə əməkdaşlıq sazişinə dair işi dayandırıb


Avropa Birliyi bildirir ki, prezident Viktor Yanukoviçin ticarət əməkdaşlığına dair sazişi imzalamaq barədə yenidən öhdəlik götürməməsindən sonra Ukrayna ilə bu razılığa dair iş təxirə salınır. Brüsseldən daxil olan məlumata görə, bu gün Birlikdən Ukraynaya bildiribkər ki, növbəti müzakirələrə keçmək üçün ölkə sazişi imzalamaq barədə aydın mövqe ortaya qoymalıdır.

Bu arada ABŞ senatoru Con Makkeyn dünən Ukrayna paytaxtında hökumət və müxalifətin əsas liderləri ilə görüşüb. Daha sonra o, prezident Viktor Yanukoviçin istefasını tələb edən kütləvi etiraz nümayişinə qatılıb.

Cənab Makkeyn Kiyevin mərkəzini zəbt edən nümayişçilərə dəstək bildirərək jurnalistlərə deyib ki, o, Ukrayna xalqının demokratiyanı bərpa etmək üçün etdikləri fəxr edir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG