Accessibility links

Avropa Birliyi xarici əlaqələr şöbəsinin rəhbəri Türkiyədədir

  • Amerikanın səsi

Avropa Birliyi xarici əlaqələr şöbəsinin rəhbəri Türkiyədədir

Avropa Birliyi xarici əlaqələr şöbəsinin rəhbəri Türkiyədədir

Avropa Birliyinin xarici əlaqələr şöbəsinin rəhbəri Katrin Aşton xarici işlər naziri Əhmət Davutoğlu ilə İranın nüvə proqramı da daxil edilməklə, bir sıra məsəslərin müzakirəsi məqsədi ilə Türkiyədədir. Xanım Aştonun Türkiyəyə səfəri bir həftə sonra İstanbulda Tehranın nüvə fəaliyyətləri ilə bağlı keçiriləcək beynəlxalq yığıncaqdan əvvələ təsadüf edir. Yanvarın 21 və 22-də İstanbulda keçiriləcək görüş BMT-nin Təhlükəsizlik Surasının 5 daimi üzvü və Almaniya iştirak edəcək. İran bu yığıncaqda yalnız nüvə materialları məsələsini müzakirə edəcəyini bildirib. İranın dövlət radiosu dünən ölkənin müvəqqəti xarici işlər naziri Əli Əkbər Salehiyə istinadən bildirib ki, İran nüvə proqramı ilə bağlı texniki və hüquqi aspektləri yalnız Beynəlxalq Atom Enerjisi Agetliyi ilə müzakirə edilə bilər.

XS
SM
MD
LG