Accessibility links

Avropa Parlamentinin qısamüddətli müşahidə missiyası fəaliyyətə başlayır


Avropa Birliyi

Avropa Birliyi

300 nəfərdən artıq beynəlxalq müşahidəçi ilə birgə Avropa Parlamentinin yeddi deputatı oktyabrın 7-dən Azərbaycanda seçki müşahidə missiyasına başlayır.


Avropa Birliyinin Azərbaycan nümayəndəliyindən Amerikanın Səsinə daxil olan məlumata görə 7-8 oktyabrda deputatlar seçki orqanları, beynəlxalq seçki müşahidə təşkilatları, prezidentliyə namizədlər, QHT nümayəndələri və siyasi analitiklərlə görüşəcək.

Seçki günündə onlar Bakıda və digər şəhərlərdə seçki məntəqələrinə gedəcək, səsvermə prosesini izləyəcək, seçki qutularının açılmasını və səslərin hesablanmasını müşahidə edəcəklər.

Beynəlxalq müşahidəçinin gəlişinin məqsədi Azərbaycanda 2013-cü il tarixli prezident seçkilərinin ölkənin beynəlxalq öhdəliklərinə və dövlət qanunvericiliyinə uyğun şəkildə aparılıb-aparılmamasını qiymətləndirməkdir.

Seçkilərdən bir gün sonra beynəlxalq müşahidə missiyası mətbuat konfransında birgə ilkin bəyanat verəcək. Mətbuat konfransı oktyabrın 10-u saat 14:30-da “Hyatt Regency” mehmanxanasında keçiriləcək.

Nümayəndə heyətinin rəhbəri italyan Pino Arlaçidir.
XS
SM
MD
LG