Accessibility links

Avropa Birliyinin İrana qarşı sanksiyaları iyuladək qüvvəyə minməyəcək (Yenilənib)

  • Amerikanın səsi

Avropa Birliyinin İrana qarşı sanksiyaları iyuladək qüvvəyə minməyəcək (Yenilənib)

Avropa Birliyinin İrana qarşı sanksiyaları iyuladək qüvvəyə minməyəcək (Yenilənib)

İran Avropa İttifaqının ölkənin neft ixracına qadağa qərarının məntiqsiz olduğunu deyərək, Tehrandakı Danimarka səfirinə etirazını bildirib. İranın hökumətin nəzarətindəki İRNA xəbər agentliyinin bildirdiyinə görə, Avropa Birliyinə üzv 27 dövlətin İrana qarşı iyul ayının 1-dən etibarən qüvvəyə minəcək sanksiyaların tətbiqi barədə razılıqdan sonra İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Əli Əsgər Haci Danimarka səfiri ilə görüşüb.

Hal-hazırda Danimarka İranda Avropa Birliyinin rotasiya üzrə prezidentliyini icra edir.

Bu arada Avstraliya Avropa İttifaqının İrandan neft ixracına qoyduğu qadağaya əməl edəcəyini deyib. Avstraliyanın xarici işlər naziri Kevin Radd bu gün deyib ki, onun ölkəsi İranın Mərkəzi Bankı da daxil edilməklə, Avropa Birliyinin bazar ertəsi qəbul etdiyi yeni sanksiyalarda iştirak edəcəyini deyib. Bu sanksiyalar Qərbin İranın nüvə proqramına qarşı həyata keçirdiyi kampaniyanın bir hissəsidir.

İran Avropa Birliyinin addımlarının qeyri-qanuni və məntiqsiz olduğunu deyir. İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst neft və qazla zəngin olan İrana qarşı sanksiyalar tətbiq edilməsinin mümkün olmadığını deyib.

Avropa Birliyi Yunanıstan, İspaniya və İtaliya kimi ölkələrin alternativ yollar tapmasına vaxt qazanmaq üçün sanksiyaların iyul ayının 1-dək qüvvəyə minməyəcəyini bildirib.











XS
SM
MD
LG