Accessibility links

Britaniyanın Aİ-dən ayrılması Rusiyanı cəsarətləndirə bilər [Video]


Britaniya iyunun 23-də Avropa İttifaqını tərk edib-etməməsi üzərində referendum keçirəcək. Siyasi təhlilçilər deyir ki, “Brexit” kimi tanınan İttifaqdan ayırlma leyhinə səs Avropa İttifaqının Rusiya ilə sərhəddə yerləşən üzvləri, yəni keçmiş Sovet ölkələrinin narahatlığına səbəb olacaq.

Baltikyanı dövlətlər və Polşa Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasının qəti əleyhinədir.

Əgər Brexit tərəfdarları Avropa İttifaqından çıxıb-çıxmamaq üzərində keçiriləcək referendumda qalib gəlsə, Estoniya, Latviya və Litva kimi keçmiş Sovet ölkələrinin Avropadakı həmrəyliyi sorğulamağa səbəbləri olacaq.

Rusiya Elmlər Akademiyasının Avropa İnstitutundan Aleksey Qromıko: “Baltikyanı dövlətlər və Polşa Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasının qəti əleyhinədir.”

Rusiyanın Ukraynaya təcavüzü Baltikyanı ölkələrdə bəzi insanlarda belə bir qorxu hissi yaradıb ki, ABŞ-ın başçılıq etdiyi NATO müdafiə alyansının üzvləri olmalarına baxmayaraq, onlar Rusiyanın gələcək hədəfi ola bilərlər.

Təhlilçi Piter Krekonun dediyinə görə, NATO-nun regionda mövcudluğunu artırması ilə bu ölkələrin milli müdafiə xərclərinin artdığını müşahidə etmək olar.

Britaniyanın Avropa İttifaqının tərkibində qalmasının tərəfdarı

Britaniyanın Avropa İttifaqının tərkibində qalmasının tərəfdarı

"Məncə Brexitin neqativ xarici və iqtisadi siyasəti NATO əməkdaşlığına ziyan vuracaq. Ona görə də, fikrimcə daha çox ölkə hərbi və müdafiə xərclərini artıracaq," deyə Budapeştdə fəaliyyət göstərən Siyasi Kapital İnstitutundan Piter Kreko bildirib.

Bir digər təhlilçi isə bu vəziyyətin NATO-ya təsiri olmayacağını, ABŞ-Aİ həmrəyliyinin dirçələn Rusiyaya qarşı zəifləyəcəyini iddia edir.

“Böyük Britaniya Avropa İttifaqındakı ən böyük Amerika tərəfdarı hesab olunurdu. Baltikyanı dövlətlər, Polşa və bəzi digər şərqi Avropa ölkələri də Amerikanın Avropa siyasətinə daha çox təsir göstərməsini istəyir,” deyə Karneqi Moskva Mərkəzindən Aleksandr Baunov bildirib.

Amma NATO ittifaqına inamını ifadə edən Estoniya liderləri may ayında Amerikanın Səsinə rus xidmətinə bildirib ki, Moksva tərəfindən hər bir hərbi müdaxilə düşüncəsiz bir addım olar. Onlar həmçinin Avropa İttifaqının, Brexit də daxil olmaqla bütün çətinliklərin öhdəsindən gələcəyinə inandıqlarını deyib.

XS
SM
MD
LG