Accessibility links

Britaniyanın Avropa İttifaqından ayrılması qlobal iqtisadi şokla nəticələnə bilər [Video]


Britaniyanın Avropa İttifaqında qalıb-qalmayacağı ilə bağlı referendum iyun ayının 23-ə təyin olunub. Referendumla bağlı kampaniyalar rəsmi olaraq keçən həftə başlayıb. Qlobal institutlar “Brekist” adlanan iqtisadi şokun baş verə biləcəyini barədə bir neçə dəfə xəbərdarlıq ediblər. Lakin referendum qabağı seçkilər göstərib ki, rəqib kampaniyalar demək olar ki, eyni səsə sahibdirlər.

Rəqiblər rəsmi olaraq keçən həftə kampaniyalarına start veriblər. "Britaniya Avropada Güclüdür" adındakı tərəfdar kampaniya Beynəlxalq Valyuta Fondunun dəstəyilə kampaniyasına erkən başlayıb. Beynəlxalq təşkilat Britaniyanın ayrılması nəticəsində regional və qlobal zərərlərin baş verə biləcəyinə dair xəbərdarlıq edib.

Simon Tilford: “Biz görürük ki, Avropa İttifaqı dünyada təsirini itirməyə başlayıb. Əgər bu baş verərsə, ölkə Qərbin iki gücü Birləşmiş Ştatlar və Avropa İttifaqı arasında qalacaq. Beləliklə ölkə qlobal problemlərə cavab verməkdə çətinlik çəkəcək, ABŞ-dan daha çox təcrid olunacaq və dünyadakı digər güc mərkəzlərinə Rusiya, Çin istiqamətində irəliləyəcək.”

Dünya Bankının rəhbəri Britaniyanın Avropa İttifaqından ayrılması ilə bağlı narahatlığını ifadə edib.

Cim Yonq Kim: “Bu, iqtisadiyyatdır. Bu il inkişaf zəif olacaq. Qeyri-sabitsizliklə daha yaxşı nəticə gözləmək olmaz.”

Ayrılsın deyənlər isə bu arqumenti rədd edir. Onlardan biri Londonun meri Boris Consondur.

Boris Conson: “Mənim fikrimcə biz bu sistemdən çıxmalıyıq və azad ticarət anlaşmalarımız olmalıdır ki, Avropa qitəsindəki Birləşmiş Krallığın əmtəə və xidmətlərinə çıxış olsun.”

Avropa İttifaqı dünyada ən böyük yeganə bazardır. Avropa İttifaqıpərəst biznes qrupları deyir ki, Britaniya şəxsi ticarət müqavilələrini yenidən nəzərdən keçirməlidir.

Elizabet Şanahan: “Krallığın ticarət əlaqələrinin ABŞ, Yaxın və Uzaq Şərq ilə yenidən nəzərdən keçirilməsi, zənnimcə çox çətin olacaq.”

Sahibkar Elizabeth Şanahan deyir ki, Londonun Avropanın maliyyə kapitalının əsas rolunu oynayacağı bir o qədər də asan görünməməlidir.

Elizabeth Şanahan: “Əgər Brekist adlanan iqtisadi şok baş verərsə, Fransa və Almaniya maliyyə nazirləri bir araya gələcək və maliyyə şəbəkəsinin harada olması lazım olduğunu müzakirə edəcəklər və bu yer London olmayacaq.”

Çıxmağı dəstəkləyənlər deyir ki, Britaniya Avropa xaricində Çin və Birləşmiş Ştatlarla daha güclü ticarət əlaqələri qura bilər.

Lakin ABŞ prezidenti Barak Obama Londona səfəri ərəfəsində Britaniyanın Avropa İttifaqında qalmasını dəstəkləyəcəyi gözlənilir.

XS
SM
MD
LG