Accessibility links

Avropa rəsmiləri Brüsseldə terrorizmlə mübarizəyə dair müzakirələr keçirir


Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri Fransada hücum və Belçikada anti-terror reydləri ilə bağlı Brüsseldə görüş keçirib.

Nazirlər Avropa İttifaqının terrorizmlə mübarizəyə dair gələn ay keçiriləcək xüsusi zirvə toplantısından öncə bir sıra məsələləri müzakirə edəcək.

Belçika rəsmilərinin bildirdiyinə görə, Avropanın bir çox yerlərində keçən həftə baş vermiş hücumdan sonra vəziyyət gərgin olaraq qalır.

Belçika rəsmiləri hücumların arxasında axtarışda olan Abdelhamid Abauddun olduğuna inanır. 27 yaşlı Mərakeş əsilli Belçika vətandaşı ölkənin şərqindəki Vervier qəsəbəsində ekstremist qrup yaratmaqda əsas şübhəli şəxsdir.

Rəsmilər bildirib ki, keçən həftə gizli qərargaha reyd zamanı şiddətli qarşıdurma nəticəsində iki nəfər öldürülüb.

Belçikanın ədliyyə naziri Koen Ginsin bildirdiyinə görə, şüphəli şəxs Yunanıstanda həbs olunan dörd nəfər arasında olmayıb və həbsdən əvvəl Yunanıstanı tərk edib.

Belçika ittihamçıları Yunanıstandan həmin şəxslərin ekstradasiyasını tələb etməyi planlaşdırır.

XS
SM
MD
LG