Accessibility links

Torbyorn Yaqland: İlqar Məmmədov azad edilməlidir [Video]


Turbyorn Yaqland
Turbyorn Yaqland

Jurnalistləri Müdafiə Komitəsi və Senzura İndeksi media azadlıqları barədə anlaşma imzaladılar

Avropa Şurasının baş katibi Torbyorn Yaqland yenidən Azərbaycan hakimiyyətini REAL hərəkatının lideri İlqar Məmmədovu azad etməyə çağırıb.

“Dəfələrlə Məmmədovla bağlı Azərbaycan hakimiyyətinə müraciət etmişəm və bəyanatlarla çıxış etmişəm. Hesab edirəm ki, o, ədalətsiz olaraq həbs edilib və bütün ədalətsiz həbs edilənlərlə birgə azad edilməlidir,” deyə cənab Yaqland çərşənbə axşamı Strasburqda keçirilən mətbuat konfransında bildirib.

Torbyorn Yaqland: İlqar Məmmədov azad edilməlidir
please wait

No media source currently available

0:00 0:02:47 0:00

Amerikanın Səsinin müxbirinin Azərbaycanda siyasi məhbuslar problemi ilə bağlı sualını cavablandıran baş katib ölkədə situasiyanın "çox çətin" olduğunu bildirib. Çox sayda jurnalistin və fəalların həbsdə saxlandığını qeyd edən cənab yaqland hələlik ortada real nəticənin olmadığını vurğulatyıb. O, bir daha Azərbaycan hökumətini siyasi məhbusları azad etməyə çağırıb.

Bu gün Jurnalistləri Müdafiə Komitəsi (CPJ) və Senzura İndeksi jurnalizmin qorunması və jurnalistlərin təhlükəsizliyinə xidmət etmək üçün Platformaya qoşulduqlarını elan ediblər. Bu anlaşma onlara Avropa Şurasını qitə boyu media azadlıqlarının pozuntuları haqda mütəmadi bildirişlərlə çıxış edərək məlumatlandırmaq imkanı verəcək.

Senzura İndeksi təşkilatının baş icra katibi Codi Ginzberq və CPJ-in Avropa İttifaqı üzrə müxbiri Jan Pol Martoz öz təşkilatları adından razılığı Avropa Şurası Baş katibi Torbyorn Yaqlandla görüş əsnasına imzalayıblar.

2015-ci ilin aprelində srtart götürəndən bəri platforma 21 ölkədə 84 bildirişlə çıxış edib. Bunlardan 25-i jurnalistlərə fiziki hücum, 21-i saxlanma və həbs, 8-i hücumların cəzasız qalması, 8-i hədə-qorxu və media azadlığına mənfi təsir göstərən başqa 22 aktı əhatə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG