Accessibility links

Mevlut Çavuşoğlu: Avropada din müharibəsi başlayır


Türkiyənin xarici işlər naziri Avropada din müharibəsi barədə xəbərdarlıqla çıxış edib. Mevlut Çavuşoğlu bunu Hollandiyanın baş naziri Mark Rattın yenidən seçilməsi ilə əlaqədar deyib.

Bazir bildirib ki, Rattla faşist adlandırdığı məğlub olan sağçı Girt Ualder arasında fərq yoxdur.

"Avropanı hara sürükləyirsiniz? Siz Avropanı disinterasiya etməklə yanaşı, onu uçuruma aparırsınız" - deyə, Çavuşoğlu bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rattın Türkiyəni dost kimi itirdiyini deyib.

O, Avropa İttifaqını anti-islamçılıqda günahlandırıb.

Hollandiyada keçirilən parlament seçkilərində baş nazir Mark Rattın mərkəz sağçı VVD (Azadlıq və Demokratiya Naminə Xalq Partiyası) partiyası 150 mandatdan 31-ni qazanaraq qalib gəlib.

Anti-İslam təmayüllü Girt Uildersin Azadlıq Partiyası rəy sorğularının proqnozlaşdırdığı nəticələr əldə edə bilməyib. Wildersin partiyası başqa iki partiya ilə ikinci yeri bölüşür. Bu üç partiyanın hər biri 19 mandat qazana bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG