Accessibility links

Yeni kometdə həyat elementləri aşkar edilib


Avropa Fəza Agentliyinin alimləri bildirib ki, həyat üçün zəruri elementlər tapılan kometlərdən kosmik laboratoriyalar kimi istifadə oluna bilər.

Ötən ilin noyabrında Avropa Fəza Agentliyi yüksək sürətlə uçan buzlu kometin üzərinə Philae adlı apparat yerləşdirə bilib. Doqquz ay sonra agentliyin alimləri komentin səthində Philae-nın ilk 60 saat ərzində topladığı geniş məlumatı bölüşüb.

Agentliyin yüksək səviyyəli elmi məsləhətçisi Mark Makkakreyn deyib ki, kometdə 16 orqanik tərkib aşkar edilib və tapıntılar kometlərin Yer Kürəsində həyatın formalaşmasında rol oynayıb-oynamadığına dair bir çox suallar yaradıb.

Tədqiqatçılar məlumatların Philae-nin orbiterindən ayrılmasından bir neçə saat sonra toplanmağa başladığını deyir. Onun kometə enməsi yeddi saat vaxt alıb. Apparat radio dalğalardan istifadə etməklə kometin özəyini tədqiq edib.

Çox sayda tapıntılara baxmayaraq alimlər komentdə həyatın olmasına dair sübutlu dəlil əldə edilmədiyini bildirib.

Philae alimləri kometdə amin turşuları tapa bilməyib. Amma onlar deyib ki, bu amin turşularının bu kometdə olmaması demək deyil. Tədqiqatlar aparatın batareyası bitdiyindən araşdırma yarımçıq qalıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG