Accessibility links

Fransanın sabiq baş naziri Fransua Fiyon prezidentlik kampaniyasına başlayıb


Fransanın sabiq baş naziri Fransua Fiyon uzun müddət rəqibi olan Alain Jüpe üzərində böyük səs fərqi ilə qələbə çaldıqdan sonra prezidentlik kampaniyasına başlayıb.

Fransua Fiyon sağ-cinah Respublikaçı partiyanın prezidentliyə namizədi qismində bazar ertəsi günündən kampaniyaya başlayıb.

İlk dəfə ABŞ-dakı praymerilərə oxşar şəkildə keçirilən erkən seçkilərdə Les Republicans partiyasından 62 yaşlı Fiyon səslərin 68 faizini, digər sabiq baş nazir, 71 yaşlı Alan Jüpe isə yalnız 32 faizini toplaya bilib.

Jüpe məğlubiyyətini qəbul edib və Fiyonu böyük qələbə münasibəti ilə təbrik edib. İmmiqrasiya və İslam əleyhdarlarını dəstəklədiyinə görə Fiyonun qeyri-adi və sərt kampaniyasını tənqid etdikdən sonra Jüpe bərabərlik və sabitliyə çağırıb.

Rəy sorğularına görə, Fiyon apreldə keçiriləcək seçkidə ultra sağçı Marin Le Penlə mübarizə aparacaq.

Fransanın hazırkı socialist prezidenti Fransua Ollandın qarşıdakı həftələrdə yeni seçkilərdə iştirak edib-etməyəcəyini elan edəcəyi gözlənilir. Olandın qeyri-populyarlığı Fransada solçu partiyanın zəifləməsinə səbəb olub.

İctimai elita və siyasi isteblişmentdən narazılıqlardan yararlanaraq Donald Trampın ABŞ-da qələbə çalması və Britaniyada Brexit-in baş verməsi Fransada prezident seçkilərində aparıcı siyasi partiyalar üçün əsas sınaq hesab edilir.

XS
SM
MD
LG