Accessibility links

Avropa futbol komandaları ilk üç yeri bölüşürlər


Avropa futbol komandaları ilk üç yeri bölüşürlər
Avropa futbol komandaları ilk üç yeri bölüşürlər

Argentina isə bir pillə yüksələrək, dördüncü yerə çıxıb və Cənubi Amerikanın ən yaxşı komandası olub

FİFA bu ay üçün ölkələrin reytinqini açıqlayıb. Futbol üzrə dünya kubokunun qalibi olan İspaniya FİFA dünya futbol liqasında birinci olaraq qalır.

Avropa komandaları birinci üç yeri bölüşür; birinci yerdə İspaniya, onun ardınca Hollandiya və Almaniya gəlir. Argentina isə bir pillə yüksələrək, dördüncü yerə çıxıb və Cənubi Amerikanın ən yaxşı komandası olub.

Braziliya beşinci yerdədir. İngiltərə və Uruqvay isə altıncı və yeddinci yerlərdə qalmağa davam edir. Xorvatiya komandası Portuqaliya ilə yerlərini dəyişərək səkkizinci yerə qalxıb. Yunanıstan isə 10-cu yerdədir. ABŞ komandası bir pillə enərək, 19-cu yerlə kifayətlənib.

XS
SM
MD
LG