Accessibility links

Papa Fransis Avropa Parlamentində çıxış edib


Roma Papası Fransis bildirib ki, Avropa “yaşlanıb və yorulub” və mühacirət islahatlarına ehtiyac var.

Strasburqda Avropa Parlamentinə müraciəti zamanı Papa təkcə bu il İtaliya sahilinə çatmaq istəyən azı 3 min mühacirin həlak olduğunu bildirib. O, Aralıq dənizinin məzarlığa çevrilməsinə yol verilməməsini tələb edib.

Roma Papası xəbərdarlıq edib ki, mühacirətlə bağlı heç bir tədbir görülməsə bu, əmək şəraitinin pisləşməsi və ictimai gərginliklərin artmasına yol aça bilər.

“Bizim qorxu dolu və eqo-sentrik Avropa anlayışından uzaqlaşmağımızın vaxtıdır. Biz artıq rəhbərlik ideyasınının, elm, incəsənət və musiqi muzeylərinin, insani dəyərlərin və inamın olduğu Avropa yaratmalıyıq. Hər bir qadın və kişini qoruyan Avropa, yer üzündə arxayın şəkildə var olan bir Avropa yaratmalıyıq. Bütün insanlıq üçün qiymətli istinad nöqtəsi olan Avropa. Çox sağ olun!”

Argentina əsilli Papa ötən il katolik kilsəsinin rəhbəri kimi Romadan kənara ilk səfəri üçün İtaliyanın cənubunda yerləşən Lampedusa adasını seçmişdi. Bir çox mühacir bu adaya çatmağa çalışanda yolda həlak olub.

Papa Fransis Avropa Parlamentində açıqlamaları Avropanın gələcəyi ilə bağlı fikirlərini bölüşmək üçün Strasburqa səfəri zaman verib.

Avropa Parlamentinin üzvü Jan-Lük Melenşon papanın çıxışını tənqib edib. O, bildirib ki, o, Fransisin parlament üzvləri ilə tanış olmağa gəldiyini düşünüb, amma bunun əvəzinə Papa onlara monoloq şəklində nəsihət verib.

Parlamentin digər üzvü açıq məktubda bildirib ki, o, Roma Papasının parlamentə gəlmək əvəzinə dua mərasimi keçirməsinə üstünlük verərdi.

Siyasi təhlilçilər bildirirlər ki, Avropa liderləri mühacirət əleyhinə kəskin təzyiqlərlə qarşılaşıblar. Onlar həmçinin Romanın kasıb məhəllələrində mühacirət əlyhinə üsyanların baş verdiyini qeyd ediblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG