Accessibility links


Avropa İnsan Haqları Məhkəməsi Ukraynanın keçmiş baş naziri Timoşenkonun “qaz məsələsi” ilə əlaqədar prosesi getdiyi zaman həbsinin qeyri-qanuni olduğu haqda qərar çıxarıb. Qərar Avropa İnsan Haqları Məhkəməsinin kovensiyasının 5-ci maddəsinə əsasən çıxarılıb. Bu haqda rəsmi məlumat aprelin 30-da məhkəmənin veb səhifəsində yerləşdirilib.

“Məhkəmə Konveensiyanın 5-ci maddəsinin pozulduğu haqda yekdilliklə qərar verib”-deyə məlumatda bildirilir.

Eyni zamanda Avropa İnsan Haqları Məhkəməsi səs çoxluğu ilə Timoşenkonun Avropa Konvensiyasının işgəncənin qadağan olunmasına dair 3-cü maddəsinə əsasən hüquqlarının pozulmadığı haqda qərar verib.

Keçmiş baş nazirin rəhbrəlik etdiyi “Vətən” partiyasının mətbuat xidməti Ukrayna hökumətinin Avropa İnsan Haqları Məhkəməsinin qərarının dərhal yerinə yetirməli olduğunu bəyan edib.

2011-ci ilin avqust ayını 11-də Yuliya Timoşenko Ukraynadan Rusiyaya qazın nəqli ilə əlaqədar işə baxılarkən həbsinin qeyri-qanuni və siyasi motivlərə əsaslandığına ilə bağl Avropa İnsan Haqları Məhkəməsinə şikayət etmişdi. Avropa İnsan Haqları Məhkəməsi Yuliya Timoşenkonun Xarkov koloniyasında yeddi il həbsdə olduğu müddətdə səhhətinin pisləşməsi ilə bağlı şikayətləri nəzərə alaraq, onun müraciətinə baxılması haqda qərar vermişdi.
XS
SM
MD
LG