Accessibility links


Avropa iqtisadiyyatının zəiz qaldığına yeni işarələr vaar. Qitənin 17 ölkəsinin istifadə etdiyi avro valyutasının məzənnəsi ABŞ dolları müqabilində daha da aşağı enib. Hazırda avro ilə ABŞ dolları arasında nisbət 1,2 dollar təşkil edir.

Eyni zamanda, borc içində olan Yunanıstanda aprel ayında işsizlik səviyyəsi daha da yüksələrək 22 faizə çatıb. Bu göstərici mart ayın olduğundan fərqlənməsə də, keçən illə müqayisədə 6 fazi daha çoxdur.

Yunanıstan büdcə böhranını həll etmək üçün Avropa ölkələrindən iki maliyyə almaq məcburiyyətində qalıb. Ölkə iqtisadiyyatında beş ildir tənəzzül davam edir.

Fransada isə Pejo-Sitroen avtomobil şirkəti 8 min iş yerinin bağlandığını elan edib. Ölkədəki avtomobil zavodlarından birinin bağlanacağı da elan edilib.
XS
SM
MD
LG