Accessibility links

Herman Van Rompey: Avropanın borc böhranın həlli aktuallığını itirib


O, islahatların sürətinin narahatlıq doğurduğunu qeyd edib

Avropanın aparıcı liderinin bildirdiyinə görə, qitə üçillik borc böhranının həlli üçün lazım olan təkanı itirir.

Avropa İttifaqının prezidenti Herman Van Rompuy iqtisadi islahatları sərtləşdirmək və kəsirləri aradan qaldırmaq üçün lazım olan “aktuallığın itirilməsi tendensiyasını” müşahidə etdiyini bildirib. Lakin, o, “bunun baş verməməli olduğunu” qeyd edib.

Van Rompuy bildirib ki, Avropa durğunluq dövrünü yaşayır və rəsmilər Yunanıstan, İtaliya və Fransadakı islahatların sürətindən narahat olduqlarını deyib. O, Avropa İttifaqının 27 ölkəsində 25 miliyondan artıq insanın işsizliyinin davam etdiyi və avronun sabitləşdirilmədiyi müddətdə rahat oturmağın mümkün olmayacağını deyib.

O bildirib ki, avrozonaya daxil olan 17 ölkənin liderləri gələn ay keçiriləcək sammitdə valyuta blokuna daxil olan ölkələrin ayrı-ayrılıqda xərclərinin necə idarə olunması mövzusunda “çətin suallar” ilə qarşılaşacaqlar. Artıq üç ölkə-Yunanıstan, İrlandiya və Portuqaliya İspaniya bank sistemi ilə birgə beynəlxalq yardım paketlərini qorumağa məcbur edilib.
XS
SM
MD
LG