Accessibility links

Avropa Komissiyasının prezidenti iqtisadi stimullaşdırma paketi təklif edir


Avropa Komissiyasının prezidenti Jan Klod Yunker bildirib ki, Avropa İttifaqı iqtisadiyyatını bərpa etmək və dünyaya “Avropanın yenidən ayaqda olduğunu göstərmək” üçün 380 milyard dollar vəsait tələb olunur.

Avropa komissiyasının başçısı deyib ki, Avropada investor etimadını yüksəltmək üçün Avropa İttifaqının təsisatları 26 milyard dollar ayıracaq. Avropa ölkələrinin böyük dövlət borcları investisiya bazarının bərpa olması qarşısında əsas maneələrdən biri hesab edirli.

Junker bildirib ki, başqa şərtlər altında investorları cəlb etməyən sahələrə ilkin investiyaları verən başlıca qurum Avropa Investisiya Bankı olacaq.

XS
SM
MD
LG