Accessibility links

İsrail-Fələstin münaqişəsi Avropada etiraz aksiyalarına yol açıb


İsrail-Fələstin münaqişəsi Avropanın əsas şəhərlərində etiraz aksiyalarına yol açıb.

Parisdə Fələstin tərədarı nümayişdə İsrailin zorakılıqlarına son qoyulmasına çağırılıb.

Romada Parlament binası qarşısında keçirilən aksiya zamanı nümayişçilər beynəlxalq ictimaiyyəti İsraili əməllərinə “yox” deməsinə səslənib.

Londonda İsrail səfirliyi qarşısında keçirilən aksiyaya polis müdaxilə etməli olub.

İspaniyaya səfəri zamanı Braziliyanın xarici işlər naziri Antonio de Aquiar Patriota tərəfləri münaqişənin sülh yolu ilə həllinə çağırıb.
XS
SM
MD
LG