Accessibility links

Avropa Birliyinin xarici siyasət rəhbəri Ketrin Aşton deyir ki, İranla nüvə proqramına dair bu ay bərpa ediləcək danışıqlarda tam razılıq əldə olunacağına təminat yoxdur.

Xanım Aşton İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə birgə mətbuat konfransı keçirib. O deyib ki, İran rəsmiləri ilə görüşlər ikitərəfli əlaqələri, regional münaqişələri, insan haqlarını və nüvə danışıqlarının martın 18-də bərpasını hədəf alacaq.

Müvəqqəti razılığa görə, İran 6 ay müddətinə uranı zənginləşdirməyi məhdudlaşdıracaq, bunun əvəzində isə Qərb İran iqtisadiyyatına ciddə zərbə vuran sanksiyaları yüngülləşdirəcək. Razılıq yanvar ayının 20-dən qüvvəyə minib.

Qərbin qüdrətli dövlətləri İranı nüvə silahı istehsal etməyə çalışmaqda ittiham etsə də, Tehran nüvə fəaliyyətlərinin dinc mahiyyət daşıdığını bildirir.
XS
SM
MD
LG