Accessibility links

Avropa Ittifaqı liviyalının maliyyə vəsaitlərinə qoyduğu qadağanı ləğv etdi


Avropa Ittifaqı liviyalının maliyyə vəsaitlərinə qoyduğu qadağanı ləğv etdi

Avropa Ittifaqı liviyalının maliyyə vəsaitlərinə qoyduğu qadağanı ləğv etdi

Avropa İttifaqı bir vaxtlar Müəmmər Qəzzafinin yaxın adamı sayılan şəxsin vəsaitlərinə tətbiq etdiyi məhdudiyyətləri ləğv edib.

Mart ayında Qəzzafi hökumətinə təzyiqləri artırmaq məqsədilə Avropa İttifaqı Liviya liderinin yaxın çevrəsinə daxil olan adamların maliyyə vəsaitlərini dondurmuşdu. Amma Liviya İnvestisiya İdarəsinin direktor müavini olmuş Mustafa Zarti qərarla bağı appelyasiyaya müraciət edib. O, qeyd edib ki, vəzifəsini 24 fevralda tərk edib və 64 milyard dollar həcmində fondu idarə etmək məramı yoxdur.

Dünən Avstriya vətəndaşlığı olan Zarti ittifaqın onun vəsaitlərinə qoyduğu qadağanı ləğv etməsini alqışlayıb. O, bu qərarı qanunun zəfəri kimi təsvir edərək Avstriya mediasını onu saxta olaraq Qəzzafinin maliyyə işlərinə baxan adam kimi təqdim etdiyini söyləyib.

XS
SM
MD
LG