Accessibility links

Britaniya Avropa İttifaqının hərbi qüvvələr yaratmasının əleyhinədir


Avropa İttifaqından ayrılmaq qərarına baxmayaraq Britaniya alyansın özünün hərbi qüvvələrini yaratmaq cəhdinin əleyhinə çıxır.

Avropa İttifaqının müdafiə nazirlərinin Slovakiyada birgə keçirdiyi görüşdə Britaniyanın müdafiə naziri Maykl Fallon blokdan çıxamasına baxmayaraq, ölkənin Avropanın təhlükəsizliyinə sadıq qaldığını, lakin bunun NATO vasitəsi ilə həyata keçirilməli olduğunu bildirib.

“Biz Avropa İttifaqı ordusu və ya Avropa İttifaqı ordusunun baş qərərgahının yaradılmasına dair hər hansı bir ideyanın əleyhinə çıxmaqda davam edəcəyik. Belə bir addım NATO-nu sarsıtmaq demək olardı. NATO bizim və Avropanın əsas müdafiə qüvvəmiz olaraq qalmalıdır” – deyə Böyük Britaniyanın müdafiə naziri Maykl Fallon bildirib.

Fallonun şərhi Avropa Birliyinin 28 üzv ölkə arasında hərbi əməkdaşlıq üçün yeni yol xəritəsi üzərində işlədiyi bir vaxta təsadüf edir.

Fransa və Almaniya hərbi missiyalara xərclərin artırılması, Avropa İttifaqının dünyada sülhü-mühafizə missiyalarının genişləndirməsi və kiber-hücumlara qarşı mübarizədə əməkdaşlıq da daxil olmaqla yeni təkliflərlə çıxış edib.

Fallon deyib ki, o Avropa İttifaqının ordusu ideyasının əleyhinədir, lakin hərbi əməkdaşlıq planlarına veto qoymayacaq, çünki bu planlar kütləvi dəstək qazana bilməyəcək.

XS
SM
MD
LG