Accessibility links

Avropa İttifaqı Hizbullahın hərbi cinahını terrorçu təşkilatlar siyahısına salır


Avropa İttifaqına daxil olan ölkələrin hökumətləri Livanın yaraqlı qrupu olan Hizbullahın hərbi cinahını terrorçu təşkilatlar siyahısına salmağa razı olub.

Avropa İttifaqının 28 ölkəsinin xarici işlər nazirləri bu gün keçirdikləri iclasda yekdilliklə bu haqda qərara gəlib.

Qərar Britaniya və Niderlandın şiə müsəlmanlarının hərbi qrupunun Avropa İttifaqının terrorçu təşkilatlar siyahısına salınması ilə bağlı diplomatik təzyiqlərindən sonra verilib. Britaniya və Hiderland hökumətləri Hizbullahın keçən il Bolqarıstanda bolqar sürücü və beş israillinin ölümülə nəticələnmiş hücumun arxasında olmasını buna başlıca dəlil kimi göstərib.

İndiyə qədər Avropa İttifaqı Vaşqintonda və İsrailin Hizbullahın terrorçu təşkilatlar siyahısına salınması səylrinə müqavimət göstərirdi. Birlik bunun İranın dəstəklədiyi qrupun hökumətdə təmsil olunduğu Livanda qeyri-sabitliyin artması və Yaxın Şərqdə gərginliyin güclənməsinə gətirib çıxara biləcəyini bildirirdi.

Lakin Bolqarıstanda hücum və Hizbullahın Suriyada müharibəyə daha çox cəlb edildiyi il bağlı narahatlıqlar bu addımın atılmasına qarşı çıxanları geri çəkilməyə məcbur etmişdir.
XS
SM
MD
LG