Accessibility links

Avropa İttifaqının İrana qarşı neft embarqosu bazar günü qüvvəyə minir


EU Oil Embargo on Iran Goes Into Effect Sunday

EU Oil Embargo on Iran Goes Into Effect Sunday


Avropa İttifaqının İrana qarşı bazar günü qüvvəyə minən embarqo Tehranın mübahisəli nüvə proqramını dayandırmaq üçün beynəlxalq səylərin sonuncusudur.

Avropa İttifaqı və Birləşmiş Ştatlar İranı nüvə silahları istehsalına yönəlmiş fəaliyyətlərdən çəkindirməyə çalışır. İran nüvə proqramının dinc mahiyyət daşıdığını bəyan edir.

Qərb ölkələri və dünyanın neft istehsal edən dördüncü böyük ölkəsi olan İran arasında nüvə proqramı ətrafında danışıqlarda tərəqqi əldə edilməmişdir.

Keçən il Cənubi Koreya İrandan neft idxalını azaldacağını elan edib.

Yanvar ayında elan edilən sanksiyaların təsiri hələ müəyyən edilməyib. İran 2010-cu ildə ildə 4 milyon barrel neft istehsal edirdi, lakin iyulun 1-də sanksuiyaların qüvvəyə minməsindən əvvəl neft hasilatın son 23 ildə ən aşağı səviyyəyə enmişdir.

İran Körfəzi ölkələrinin neft hasilatını artırması nəticəsində isə OPEK son dörd ildə istehsalın ən yüksək səviyyəyə çatdığı müşahidə edilir.

Dünya iqtisadiyyatından tənəzzül də öz növbəsində son həftələr neftə olan tələbatın azalmasına gətirib çıxarmışdır. Bunun nəticəsində il başlayandan neft qiymətləri rekord aşağı səviyyəyə çatmışdır.
XS
SM
MD
LG