Accessibility links

Avropa İttifaqı Rusiyada insan hüquqlarının vəziyyətindən narahatdır



Avropa İttifaqı Rusiyada insan hüquqlarının vəziyyətini tənqid edərək, məhdudlaşdırıcı silsilə qaunvericilik aktlarının qəbul edilməsi və fəalların məsuliyyətə cəlb edilməsi halları ilə bağlı narahatlığını bildirib.

27 ölkənin üzv olduğu Avropa İttifaqı keçən il prezident Vladimir Putinin inaqurasiyası ərəfəsində keçirilmiş nümayişlər zamanı həbs edilmiş bəzi nümayişçilərin hələ də məhkəmə prosesini gözlədiklərini və xaricdən maliyyələşdirilən xeyriyyə təşkilatlarının “xarici agent” kimi qeydiyyatdan keçməsini nəzərdə tutan yeni qanunun qəbul edilməsini xüsusi virğulayıb.

Rusiya insan hüquqları təşkilatları Vladimir Putini prezident kimi hakimiyyətə qayıtdıqdan sonra fərqli düşünənlərə qarşı sərt kurs götürməkdə ittiham edərək, bununla onun öz hakimiyyətini gücləndirməyə çalışdığını bildirir.

Avropa İttifaqı Rusiyada qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə əlaqədar hadisələri yaxından izləyəcəyini və hökumətdən vəkillərin azad şəkildə fəaliyyət göstərməsi üçün şərait yaradılmasını istəyəcəyini bildirib.

Kreml müxalifətin təqib edildiyini inkar edir və məhkəmələrdən siyasi məqsədlərlə istifadə edilmədiyini bildirir.
XS
SM
MD
LG