Accessibility links

Avropa İttifaqı Ərdoğanı qınayır


Avropa İttifaqı Türkiyəni prezident Rəcəb Tayyip Ərdoğanı Avropanın demokratik dəyərlərinə uyğun gəlmədiyini iddia edərək, lağa qoyan mahnı səbəbilə Almaniya səfirini Daxili İşlər Nazirliyinə çağırdığına görə qınayıb.

Jan Klod-Yunker
Jan Klod-Yunker

Çərşənbə günü keçirilən brifinqdə insidentlə bağlı suala cavab verən Avropa Komissiyasının sözçüsü Mina Adreyeva bu addımın “Avropa İttifaqının böyük dəyər verdiyi mətbuat və ifadə azadlığı ilə üst-üstə gəlmədiyini” deyib.

Andreyeva həmçinin əlavə edib ki, Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker “bunu etməklə Türkiyənin Avropa Birliyindən uzaqlaşdığına” inanır.

Avropa İttifaqına üzv olmağa can atan Türkiyə ötən həftə Ərdoğanı lağa qoyan qısa videonun yayımlanmasına etiraz etmək üçün Almaniya səfrini Xarici İşlər Naziriliyinə çağırıb. Videoda Türkiyə prezidentinin bədxərcliyi və vətəndaş haqlarına qarşı təzyiqlərindən bəhs edilir.

İnsaq haqları qrupları və Qərb dövlətləri dəfərlərlə Ankaranı insan haqları pozuntularına görə tənqid edib. Amma martın 18-də 28 üzvlük Avropa İttifaqı qitəyə miqrant axınının qarşısını almaq məqsədilə Türkiyə ilə razılıq əldə edib.

Ərdoğan bu tənqdiləri rədd edir.

Andreyeva isə Yunkerin Almaniyanın Handelsblatt qəzetinə verdiyi müsahibədə dediklərini təkrarlayıb. Yunker Avropa İttifaqının Türkiyə ilə əməkdaşlığına bu məsələlər barədə açıq danışa bilmək və buna həll yolu tapmaq olduğunu deyib, çünki Aİ Türkiyənin onların standartlarına daha çox yaxınlaşmasını istəyir.”

XS
SM
MD
LG