Accessibility links

Avropa İttifaqı Ankaraya: Qaçqınlara yardım etməlisiniz


Məcburi köçkünlər Suriya ilə Türkiyə sərhədi yaxınlığında

Məcburi köçkünlər Suriya ilə Türkiyə sərhədi yaxınlığında

Avropa İttifaqının rəsmiləri Türkiyəni Hələb vilayətində hökumətin keçirdiyi genişmiqyaslı hücumlardan qaçan on minlərlə suriyalının toplaşdığı sərhəd keçidini açmağa çağırıb.

Avropa İttifaqının xarici siyasət şöbəsinin rəhbəri Federika Mogerini şənbə günü birliyin xarici işlər nazirləri və onların türkiyəli həmkarı ilə görüşündə bildirib ki, qurumun Türkiyəyə dəstəyi "ölkənin qaçqın axınını idarə edə biləcəyini təmin etməsi məqsədi daşıyır."

Avropa İttifaqının xarici siyasət şöbəsinin rəhbəri Federika Mogerini

Avropa İttifaqının xarici siyasət şöbəsinin rəhbəri Federika Mogerini

"Suriyadan gələn insanların beynəlxalq müdafiəyə ehtiyacı olan suriyalılar olduğu ilə bağlı heç bir sual yoxdur"-deyə Amsterdamda keçirilən görüşdə danışan Federika Mogerininin bildirib.

Sərhəd keçidi bağlıdır

Türkiyənin Baş naziri Əhməd Davudoğlu iki gün öncə Londanda Suriyaya dair konfransda deyib ki, Ankara qaçqaınların ölkəyə gəlişinə icazə verəcək. Lakin bu həftə Türkiyə ilə Suriya sərhədinə yetişən on minlərlə məcburi köçkün sərhəd keçidində ilişib qalıb. Qaçqınlar Türkiyə rəsmilərinin onların sərhədi keçib təhlükəsiz şəraitlə təmin ediləcəyni gözləyir.

Türkiyə Xarici İşlər naziri Mevlut Çavuşoğlunun onun hökumətinin hərbi zorakılıqlar və Rusiyanın hava hücumlarından qaçan insanlar üçün "açıq sərhəd siyasəti" yürütdüyünü deməsinə baxmayaraq, qaçqınlara humanitar yardım göstərsə də sərhəd keçidini açmır. Mətbuatda verilən məlumatlara əsasən, Türkiyə Hələb yaxınlığında bombardmanlar zamanı yaralanmış onlarla suriyalının sərhədi keçməsinə icazə verib.

Türkiyə Xarici İşlər naziri Mevlut Çavuşoğlu

Türkiyə Xarici İşlər naziri Mevlut Çavuşoğlu

Suriyanın rəsmi SANA xəbər agentliyi cümə günü hökumət qüvvələrinin ölkənin bir zamanlar əsas ticarət mərkəzi olmuş və hazırda hökumət ordusu ilə müxalifət qüvvələrinin gərgin döyüş mərkəzinə çevrilmiş Hələb bölgəsində bir neçə şəhərin nəzarətini ələ keçirdiyi haqda məlumat verib.

Türkiyə Suriyada beş ilə yaxındır sürən vətəndaş müharibəsi başlayandan təxminən 2 milyon Suriya qaçqınına artıq sığınacaq verib.

Avropa İttifaqı qaçqınların Avropaya keçməsində əsas giriş nöqtəsi olan

Suriyalılar Türkiyə ilə sərhəddə Bəb Əl-Sələm keçidinə doğru yolda

Suriyalılar Türkiyə ilə sərhəddə Bəb Əl-Sələm keçidinə doğru yolda

razılaşmaya əsasən, Avropa İttifaqı Türkiyənin uzun zamandır çalışdığı quruma üzvlük məsələsi ilə bağlı danışıqların intensivləşdirilməsi müqabilində Ankaranın son bir neçə il ərzində ölkəyə gəlmiş qaçqın və miqrantlara yardımı təmin etməsinə razı olub.

XS
SM
MD
LG