Accessibility links

Avropa İttifaqı xarici işlər nazirləri Ukrayna böhranını müzakirə edir


Avropa İttifaqı xarici işlər nazirləri Riqada keçirilən iclasların ikinci gününü əsas etibarilə Ukraynada böhranın müzakirəsinə həsr edib.

Görüş iştirakçılarının çoxu sülhün bərqərar olacağına ümid ifadə etsə də, bunun Minskdə əldə edilmiş razılaşmaların yerinə yetirilməsindən asılı olacağını bildirib. Xarici işlər nazirləri Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaların ciddiləşdirilməsini Moskvanın razılaşmaları pozduğu halda nəzərdən keçirməli olduğunu hesab edir. Son zamanlar separatçıların liman şəhəri olan Mariupola hücum ed bilməsilə bağlı naharatlıqlar mövcuddur.

Minksdə keçən ay atəşkəsin əldə edilməsinə baxmayaraq, rəsmi Kiyev və Rusiya tərəfdarı separatçılar bir-birini atəşkəs rejiminin pozulmasında günahlandırır.

Rusiya tərəfdarı separatçılar Minskdə əldə edilmiş razılaşmalara əsasən cəbhə xəttindən ağır silaharlın çəxarılması prosesinin başa çatıdırıdığını bildirib.

XS
SM
MD
LG