Accessibility links

Avropa İttifaqı Yunanıstanda böhranla bağlı sammit keçirir


Yunan seçicilər Avropa kreditorlarının yeni xilas paketi müqabilində əlavə ixtisarların həyata keçirilməsi əleyhinə səs verib

Avropa İttifaqının çərşənbə axşamı sammit keçirməsi ilə Yunanıstan banklarının bu həftədən sonra nəhayət açılıb-açılmayacağı belə görünür müəyyən olacaq.

Bazar ertəsi Afinaya təqzyiqlər artıb, çünki Avropa Mərkəzi Bankı yunan banklarına fövqladə krediti artırmayacağına dair qərar verib.

Kənardan yardım olmadan çərşənbə gününədək bu banklarda nəğd pulun qurtaracağı gözlənilir. Afinanın isə bu ayın sonu Avropa kreditorlarına olan borcunu ödəyə bilməyəci proqnozlaşdırılır.

Bazar ertəsi Parisdə Fransa prezidenti Fransua Hollandla yanaşı çıxış edən Almaniya kansleri Angela Merkel deyib ki, avro zonasında qalmaq məqsədilə krediorlarla razılıq əldə etmək üçün Yunanıstan liderləri cəld hərəkət etməlidir.

“Vaxt böyük əhəmiyyət daşıyır və biz məsələni həll edə bilmək üçün yunanların təkliflərinin bu həftənin sonunadək masada olmasına təkid edirik"-deyə o bildirib.

Yunan seçicilər bazar günü Avropa kreditorlarının yeni xilas paketi müqabilində əlavə ixtisarların həyata keçirilməsi əleyhinə səs verib

Xilas paketinin şərtləri ilə əlaqədar beynəlxalq kreditorla mübahisələrdən sonra bazar ertəsi Yunanıstan maliyyə naziri Yanis Varufakis istefa verib. Baş nazir Aleksis Tsipras maliyyə naziri vəzifəsinə kreditorlarla danışıqlarda iştirak edən baş vasitəçi Evklid Tsakalotosu təyin edib.

Təhlilçilər deyir ki, razılıq olmadan Yunanıstan 19 ölkədən ibarət avro valyuta blokundan xaric oluna bilər. Bu isə 16-iilik avrozona tarixində ilk belə hal olacaq.

Vaşinqtonda Ağ Evin sözçüsü Coş Earnest deyib ki, Yunanıstanın kreditorlarla yeni xilas paketinin şərtlərinə dair anlaşma əldə etməsi və islahatlar həyata keçirməsi Avropa və Birləşmiş Ştatların ümumi maraqlarına cavab verir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG