Accessibility links

Ştefan Füle Vətəndaş Cəmiyyətinin gücləndirilməsinin tərəfdarıdır


Avropa İttifaqı

Avropa İttifaqı

Oktyabrın 4-də Genişlənmə və Qonşuluq Siyasəti məsələləri üzrə Avropa Komissarı Ştefan Füle bu gün Moldovada Vətəndaş Cəmiyyəti nümayəndələrinin Forumunda Şərq Tərəfdaşlığı ölkələrinin Vilnyusda keçiriləcək sammitinə toxunub.

Turann məlumatına görə O, Vilnyusda əldə olunması zəruri olanları sadalayıb.

“Ukrayna ilə Assosiasiya və Hərtərəfli Azad Ticarət haqqında saziş imzalamaq; Moldova və Gürcüstanla həmin sazişləri paraflamaq; Ermənistan və Azərbaycanla viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında saziş bağlamaq, habelə nəqliyyat və təhsil sahələrində əməkdaşlıq məsələləri üzrə irəliləyiş əldə etmək.”

Komissarın sözlərinə görə, siyasi islahatların real demokratiyaya keçid üçün mühüm əhəmiyyəti var.

“Hökumətlər və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq müstəqil məhkəmə sistemi yaratmaq və ya korrupsiya əleyhinə tədbirlər həyata keçirmək üçün zəruridir ki, bu da uzunmüddətli siyasi inkişafın və sabit iqtisadi inkişafın zəruri elementləridir”, deyə Füle bildirib.

Belə ki, Avropa Komissiyası 2013-cü ilin sonuna qədər və ya 2014-cü ilin başlanğıcında Şərq Tərəfdaşlığı ölkələrinin vətəndaş cəmiyyəti təşkilatlarının potensialını möhkəmləndirmək məqsədilə 3.85 mln. avro həcmində regional qrant layihələri müsabiqəsi başlatmağı planlaşdırır.

“Təəssüf ki, ötən il biz bir daha vətəndaş cəmiyyəti fəallarına hücumların, bəzi hallarda isə onların qanunsuz saxlanılmasının və həbsinin şahidi olduq. Avropa İttifaqı dinc yolla fikrini bildirənlərə qarşı zorakılığa və qorxutmalara göz yummayacaq”, deyə Avropa Komisarı bildirib.
XS
SM
MD
LG