Accessibility links

Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının iclası olacaq


Avropa İttifaqı Azərbaycanın alternativ və bərpa edilən enerji siyasətini alqışlayır

Avropa İttifaqı Azərbaycanın alternativ və bərpa edilən enerji siyasətini alqışlayır

Ermənistan-Azərbaycan münaqişəsi, enerji, nəqliyyat sahəsində, Avropa Qonşuluq Siyasəti, Şərq Tərəfdaşlığı çərçivəsində və gələcək əməkdaşlıq müzakirə ediləcək

Dekabrın 9-da Brüsseldə Avropa İttifaqı - Azərbaycan Əməkdaşlıq Şurasının 14-cü iclası keçiriləcək.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, iclasda Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək.

Avropa İttifaqını isə Avropa İttifaqının hazırkı sədri Litva , Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə Avropa Komissarı Ştefan Füle təmsil edəcək.

İclasda Ermənistan-Azərbaycan münaqişəsi, enerji və nəqliyyat sahəsində əməkdaşlıq, Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq, Avropa İttifaqının yardım proqramlarının və gələcək əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulub.
XS
SM
MD
LG