Accessibility links

Avropa liderləri maliyyə paketi barədə razılığa gəldi


Avropa liderləri maliyyə paketi barədə razılığa gəldi
Avropa liderləri maliyyə paketi barədə razılığa gəldi

Avropa Birliyi liderləri yeni, daimi 661 milyard dollarlıq yardım maliyyəsini təsdiq edib. Onlar habelə mümkün borc böhranının qarşısını almaq üçün xərclərləmə limitini məhdudlaşdırmaq barədə razılığa gəlib.

Yeni iqtisadi paket iyul ayından istifadəyə veriləcək. İlkin razılıqda isə planın bu tarixdən bir il sonra fəaliyyətə başlayacağı planlaşdırılmışdı.

Valyutası avro olan 17 ölkədən 3-ü – Yunanıstan, İrlandiya və Portuqaliya artıq beynəlxaq yardımı təminat altına almağa məcbur edilib. Yunanıstan artıq ikinci yardımı paketi axtarışındadır.

Dünən həmçinin Avropa Birliyinə daxil olan 27 ölkədən 25-i hökumət xərclərinin azalmasını nəzərdə tutan yeni sazişə razılıq verib. Yalnız Böyük Britaniya və Çex Respublikası razılığa imza atmaqdan boyun qaçırıb.

XS
SM
MD
LG