Accessibility links

Avropa liderləri yenidən bir araya gəlir


Avropa liderləri yenidən bir araya gəlir

Avropa liderləri yenidən bir araya gəlir

Avropa liderləri defisiti və xilas paketinin yeni qaydalarını müzakirə etmək üçün bu gün bir araya gəlir. Onlar habelə qitənin suveren borc böhranının həlli yollarını tapmağa çalışır.

Avropa Birliyi liderlərin Brüsseldə keçirilən zirvə görüşündə avrodan istifadə edən ölkələr üçün yeni daimi xilas paketinə dair saziş imzalayacağının gözləndiyini bildirib.

Avropa Stabillik Mexanizmi adlanan 661 milyard dollarlıq maliyyə iyul ayında istifadəyə veriləcək.

Avropa Birliyi bildirir ki, danışıqlar habelə yeni iş yerlərinin açılması, xüsusilə gənclərin işsizlik problemlərini əhatə edəcək.

Qeyd edək ki, Yunanıstan iqtisadiyyatını xilas etmək üçün 169 milyard dollarlıq kredit almağa çalışır.

XS
SM
MD
LG