Accessibility links

Avropa liderləri Yunanıstanın xilas paketi üzərində referendum çağırışından narazıdırlar

  • Amerikanın səsi

Avropa liderləri Yunanıstanın xilas paketi üzərində referendum çağırışından narazıdırlar

Avropa liderləri Yunanıstanın xilas paketi üzərində referendum çağırışından narazıdırlar

Avropanın aparıcı liderləri Yunanıstan baş naziri Georq Papandreunun gözlənilmədən xilas paketi ilə bağlı referenduma çağırmasını müzakirə etmək üçün bir araya gəliblər.

Fransa prezidenti Nikola Sarkozi, Almaniya kansleri Angela Merkel və başqa avropalı liderlər Fransanın Kann şəhərində görüşüblər. Sabah Böyük İyirmiliyin sammiti keçiriləcək və sammitə cənab Papandreu da qatılacaq. Günün sonunda Avropa liderləri Yunanıstan lideri ilə görüşərək referendum çağırışı ilə bağlı narazılıqlarını ona çatdırmağı planlaşdırırlar.

Yunanıstan aparıcı iqtisadi qüdrətlərin daxil olduğu Böyük İyirmiliyin üzvü deyil, amma Yunanıstanın referendum çağırışı sammitin gündəliyində başlıca yer alacaq.

XS
SM
MD
LG