Accessibility links

Avropa Mərkəzi Bankı suveren istiqrazları alır


Avropa Mərkəzi Bankının prezidenti Mario Draqi deyib ki, bankın hökumət borcları və digər borcları öz üzərinə götürməsi avro məkanını Yunanıstanda olduğu kimi iqtisadi böhrandan qoruya billər.

Avroməkanda inkişafa yardım və inflyasiyanın sıfırdan aşağı səviyyədən iki faizdən az səviyyəyə qaldırılması məqsədi ilə Avropa Mərkəzi Bankı suveren istiqrazları almaq üçün pul çap etməyə başlayıb.

Mario Draqi deyib ki, bank bu ölçülərin maliyyə sabitliyini risklərə məruz qoya biləcəyindən xəbərdardır. "Lakin hal-hazırda bu risklərə nəzarət edilir",- deyə bankın prezidenti bildirib.

Mario Draqinin açıqlamaları beynəlxalq kreditorların Yunanıstanın borc islahatlarına dair texniki məsələlərin müzakirəsinə başlaması ilə eyni vaxta təsadüf edib.

XS
SM
MD
LG