Accessibility links

Avropa Məhkəməsi jurnalistin işgəncəyə məruz qalması faktını araşdırmağa başlayıb


Media Hüququ İnstitutu: 4 ayda 31 jurnalist basqıya məruz qalıb
Media Hüququ İnstitutu: 4 ayda 31 jurnalist basqıya məruz qalıb
2007-ci ildə işgəncəyə məruz qalmış “Yeni Musavat ”qəzetinin əməkdaşı Naxçıvanlı jurnalist Həkimeldostu Mehdiyevin Avropa Məhkəməsinə göndərdiyi şikayət üzrə komunikasiyaya başlanıb.

Avropa Məhkəməsi H.Mehdiyev işi üzrə hökumətə sorğu göndərib. Bu barədə Media Hüququ İnstitutunun (MHİ) məlumatında deyilir.

Həkimeldostu Mehdiyev Naxçıvanda baş verən olaylar, sosial-siyasi durum barədə tənqidi yazıları, reportajları ilə tanınıb

Tənqidçi jurnalist 2007-ci ilin sentyabrında Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinin Şərur rayonu şöbə rəisinin zorakılığına məruz qalıb. Qurama ittihamlarla inzibati həbs cəzası verilən jurnalist təcridxanada daha qaba rəftarla üzləşib.

Təcridxana rəhbərləri, habelə Naxçıvanın Milli Təhlükəsizlik naziri H.Mehdiyevə davamlı olaraq işgəncə veriblər.

Nəticədə jurnalist müxtəlif dərəcəli xəsarətlər alıb, qabırğası qırılıb. H.Mehdiyev üzləşdiyi işgəncə faktlarının araşdırılması üçün Şərur rayon Polis İdarəsinə, Prokurorluğa şikayət etsə də onun müraciətləri araşdırılmayıb. Yerli məhkəmələr də jurnalistin şikayətlərini rədd ediblər.

H.Mehdiyevin hüquqlarını Media Hüququ İnstitutunun vəkilləri (Rəşid Hacılı (Bakı), S.Bishop (London)) müdafiə edirlər.

Vəkillərin Avropa Məhkəməsinə göndərdikləri şikayətdə qeyd olunur ki, ölkə məhkəmələri işgəncəyə məruz qalmış jurnalistin iddiaları üzrə qərarlar verərkən onun Avropa Konvensiyasında təsbit olunmuş işgəncələrin qadağan olunması (maddə 3), azadlıq və toxunulmazlıq (maddə5), ədalətli məhkəmə araşdırması (maddə 6) və ifadə azadlığı (maddə 10) hüququna müdaxilə ediblər.

Avropa Məhkəməsindən ərizəçinin hüquqlarının pozulmasının tanınması, onların işlə bağlı çəkdikləri xərclərin, habelə onlara dəymiş maddi və mənəvi zərərlərin əvəzinin ödənilməsinin təmin olunması xahiş edilir.
XS
SM
MD
LG