Accessibility links

Avropa Məhkəməsi Qənimət Zahidin azadlıq və şəxsi toxunulmazlıq hüququnun pozulduğunu tanıyıb


Qənimət Zahid: Qəzetimizə qarşı ittihamlar siyasi xarakter daşıyır
Qənimət Zahid: Qəzetimizə qarşı ittihamlar siyasi xarakter daşıyır

Azərbaycan hökuməti 3 ay ərzində jurnalistə mənəvi zərər əvəzi olaraq 5000 avro, hüquqi məsrəflər üçün 5000 avro ödəməlidir

Avropa İnsan Haqları Məhkəməsi “Azadliq” qəzetinin baş redaktoru Qənimət Zahidin şikayəti üzrə qərar qəbul edib. Şikayət təmin olunub.

Media Hüquqları İnstitutundan Amerikanın Səsinə verilən məlumata görə, Avropa Məhkəməsi Qənimət Zahidin Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinin (azadlıq və şəxsi toxunulmazlıq hüququ) pozulmasını tanıyıb.

Məlumata görə, Azərbaycan hökuməti 3 ay ərzində Qənimət Zahidə mənəvi zərər əvəzi olaraq 5000 avro, hüquqi məsrəflər üçün 5000 avro ödəməlidir.

“Azadliq” qəzetinin baş redaktoru Qənimət Zahidin 2007-ci ilin noyabrında Cinayət Məcəlləsinin 127-ci (qəsdən bədənə yüngül xəsarət yetirmə) və 221-ci (xuliqanlıq) maddəsi ilə ittiham edilərək həbs olunmuşdu.

Bayıldakı 1 saylı İstintaq Təcridxanasında saxlanılan jurnalistin həbs müddəti 2007-ci il noyabr ayının 11-dən 2008-ci ilin mart ayının 7-nə qədər bir neçə dəfə uzadılmışdı.

Yasamal Rayon Məhkəməsi jurnalisti 2008-ci ilin martında 4 il müddətinə azadlıqdan məhrum etmişdi. Media Hüququ İnstitutunun jurnalistin hüquqlarını müdafiə edən vəkilləri
Rəşid Hacılı və Elçin Sadıqov 2008-ci ildə Avropa Məhkəməsinə müraciət edərək Qənimət Zahidin hökmə qədər həbsdə tutulmasının onun toxunulmazlıq hüququnu pozduğunu bildirmişdilər.
XS
SM
MD
LG