Accessibility links

Avropa Məhkəməsi Azərbaycanda toplaşmaq azadlığı ilə bağlı qərar qəbul edə bilər


Avropa Məhkəməsi Azərbaycanda toplaşmaq azadlığı ilə bağlı qərar qəbul edə bilər

Avropa Məhkəməsi Azərbaycanda toplaşmaq azadlığı ilə bağlı qərar qəbul edə bilər

Jurnalistlər iddia ərizəsində Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci maddəsinin pozulduğunu qeyd edir, hüquqlarının pozulması və onlara vurulan mənəvi ziyana görə hər biri 5 min avro istəyir.

Azərbaycan hökuməti 2007-ci ildə hakimiyyətin jurnalistlərin söz azadlığını müdafiə mitinqi keçirməsinə (Sabir bağında piket) imkan verməməsi ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsində hökumətə qarşı toplaşmaq hüququnu pozma ittihamı ilə iddia qaldırmış 8 jurnalistə barışıq və 40 min avro təklif edir. Bu barədə Turan agentliyi məlumat yayıb.
Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı bildirib ki, hazırda Strasburq məhkəməsinin məsələ ilə bağlı yazışması gedir və sentyabrın 10-na qədər şikayətçilərdən heç olmasa biri hökumətlə razılaşmasa, iş üzrə məhkəmə iclası keçiriləcək və çox güman ki, şikayət təmin ediləcək.
Jurnalistlər iddia ərizəsində Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci maddəsinin pozulduğunu qeyd edir, hüquqlarının pozulması və onlara vurulan mənəvi ziyana görə hər biri 5 min avro istəyir.
Agentlik bildirir ki, hökumətin təklifi ilə bağlı iddiaçıların fikri eyni deyil. “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu və qəzetin daha dörd əməkdaşı hökumətin təklifini qəbul etməyə hazırdır. Onlar həmçinin bunu hökumətin güzəşti hesab edirlər. Eyni zamanda, Avropa İnsan Hüquqları Məhkəməsinin onların iddiasını təmin edən qərar qəbul edəcəyinə də əmin deyillər.
Digər üç iddiaçı - Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidov və icmalçı Şahvələd Çobanoğlu iddianın məhkəmə tərəfindən təmin edilməsi mövqeyində dururlar. Onların fikrincə, bu, vətəndaşların Azərbaycan hökuməti tərəfindən kobud şəkildə pozulan sərbəst toplaşmaq azadlığı ilə bağlı problemlərin həllinə xidmət edəcək.
Agentlki bildirir ki, son illər Azərbaycanda vətəndaşların konstitusiyada təminat verilən mitinq, piket keçirmək və digər şəkildə kütləvi etiraz bildirmək hüququ demək olar ki, qadağan edilib. Belə icazəsiz aksiyaların iştirakçıları polis, məhkəmə və digər təqiblərə məruz qalır.

Hüquqşünaslar qeyd edir ki, təmin edilmiş iddia presendentə çevriləcək və toplaşmaq hüququ pozulan insanlar bu presedent əsasında məhkəmə iddiası qaldıra biləcəklər, məhkəmələr isə Avropa Məhkəməsinin qərarını tətbiq edərək, bu iddiaları təmin etmək məcburiyyətində qalacaq.

XS
SM
MD
LG