Accessibility links

Rusiya məhkəməsi Mixail Xodorkovskinin azad edilməsi barədə müraciəti rədd edib


J

J

Rusiya məhkəməsi Mixail Xodorkovskinin vəklillərində vacib sənədlərin olmadığını deyərək, sabiq neft maqnatın azad edilməsi tələbini rədd edib. Mixail Xodorkovski və onun biznes partnyoru Platon Lebedev aldıqları 13 illik həbs cəzasının yarıdan çoxunu bitirdikdən sonra keçən həftə appelyasiya məhkəməsinə müraciət etmişdilər. Lakin məhkəmə onların azad olunmaları barədə qərar qəbul edilmədiyini və müraciət sənədlərinin Xodorkovskinin vəkillərinə qaytarılacağını bildirib. Avropanın Apelyasiya Məhkəməsi keçən həftə Mixail Xodorkovskinin 2003-cü ildə həbsindən bəri çəkdiyi zərər müqabilində Rusiyanın 35 min dollar odəməli olduğu barədə qərar qəbul etsə də, onun həbsinin siyasi motivlər səbəbindən olduğu barədəki şikayətini rədd edib.

XS
SM
MD
LG