Accessibility links

Avropa insan alverinə qarşı hərbi əməliyyat planlaşdırır


Avropa İttifaqı xarici və müdafiə nazirləri Brusseldə görüşərək Aralıq dənizi vasitəsiylə mühacirət etmək istəyənlərin qarşısını almaq üçün hərbi əməliyyat keçirməyi qərara alıblar.

Qeyri-qanuni miqrasiya keçən həftə ən üst səviyyəyə çatıb. Yaxın günlərdə 700-dən çox insan gəminin batması nəticəsində həlak olub.

Avropa İttifaqı xarici işlər naziri bildirib ki, Avropaya qaçmaq istəyən liviyalılara qarşı əməliyyat aparmaq üçün cəhd göstərəcək.

Görüş zamanı diplomatlar bildirib ki, Avropa İttifaqı BMT Təhlükəsizlik Şurasından miqrantlara qarşı güc istifadə etməyə icəzə verəcək qətnaməni qəbul etməsini gözləyir.

Britaniya müdafiə naziri deyib ki, Britaniyanın dəniz donanması hazırda Aralıq dənizində insanları xilas edir. Ancaq o, rəsmilərin bu işlə məşğul olanların qarşısını almaq üçün tədbir görməsinin lazım olduğunu deyib.

Avropa rəsmiləri bildirib ki, son 3-4 gün ərzində 1000-ə yaxın miqrant Afrikadan İtaliya vasitəsilə Avropaya keçmək istəyərkən saxlanılıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG