Accessibility links

Avropada miqrant böhranı ilə bağlı narahatlıqlar artır [Video]


Avropada miqrant böhranı ilə bağlı narahatlıqlar artır
please wait

No media source currently available

0:00 0:02:14 0:00

Avropada narahatlıq gedərək artır. 43 yaraqlı Avropaya suriyalı qaçqın kimi daxil olarkən həbs edilib. Onlardan 19-u Türkiyədə saxlanıb. Lakin digərləri Avropaya keçməyə nail olublar. Türkiyə hərbi rəsmisi bildirib ki, onlar yaraqlıların üzərindən intiharçı hücumunda istifadə oluna biləcək 10 kiloqrama qədər partlayıcı maddə aşkar edib.

Avropada yaranan son narahatlıq yaraqlıların suriyalı qaçqın adıyla ölkələrə daxil olmasıdır. Mühacirət etmək istəyənlər sərhədlərdə böyük təziqlə üzləşirlər. Avstriya sərhədlərinə əlavə qüvvə göndərəcəyini və ölkəyə daxil olmaq istəyənləri daha ciddi araşdıracağını elan edib. Bu addım mühacirət üçün müraciət etmək istəyənlərin sayında müşahidə olunan çoxalmadan sonra atılıb.

Franz Lanq: Biz gələn insan axınının qarşısını almaq üçün birgə işləməliyik. Onlardan bəzilərinin sığınacaq almaq şansı yoxdur.

"Şenqen zonasına daxil olan ölkələr arasında sərhəd nəzarəti yoxdursa, zona xaricində olan ölkələrin sərhədlərində nəzarət gücləndirilməlidir", deyə Avropa Siyasəti və Təhlili mərkəzindən Canusz Buqajski bildirir.

Canusz Buqajski: “Başqa sözlə desək mühacirlərin ölkəyə daxil olması Yunanıstan hökumətindən və Avropa rəsmilərindən asılıdır.

Makidoniya və Yunanıstan kimi ölkələrdə miqrant böhranı getdikçə artır. Hər iki ölkənin rəsmiləri deyir ki, qaçqınların çoxu saxta pasportdan istifadə ediblər. Makedoniyanın daxili işlər nazirinin sözlərinə görə, bunun qarşısı alınmalıdır.

Zoran Jolevski: “Qorunmaq istəyən bu insanlara icazə verilmək çox əhəmiyyətlidir. Lakin biz həmçinin bilməliyik ki, onlar arasında bəzilərinin niyyətləri xoş deyil.”

Yunanıstan dəniz sərhədi olan Türkiyədən gələn qaçqınlara nəzarət etməkdə çətinlik çəkir və qaçqınlardan minimal sənəd tələb edərək ölkədən keçməyə icazə verir. Buqajskinin fikrincə, mesaj aydın olmalıdır.

Canusz Buqajski: “Əgər onlara sərt qanunlar tətbiq olunmasa, onlar gəlməyə davam edəcək. Çünki Avropa hər il bu qədər qaçqının öhdəsindən gələ bilməz.”

Yunanıstana təziqlər artır. Avropa Kommissiyasının hazırladığı hesabatda sərhədlərin idarə olinmasındakı boşluqlara diqqət yetirilib. Bəzi ölkələr Yunanıstanı Şenqen zonasından çıxarmağı tələb etsələrdə, Avropa Kommissiyasının prezidenti Jan-Klaud Cunker bu fikirlər razılaşmır.

XS
SM
MD
LG