Accessibility links

Miqrant axını və terror hücumları Avropanın perspektivini formalaşdırır [Video]


Miqrant axını və onların arasında Avropaya daxil olan İŞİD döyüşçülərinin böyük şəhərlərdə həyata keçirdikləri hücumlar Avropanın yeni perspektivini formalaşdırır. Fransa və Almaniyada qarşıdan gələn seçkilərin nəticələri çox güman ki, Avropa boyu olduqca mühüm dəyişiklikləri əks etdirəcək və qitədəki siyasi parçalanma ilə bağlı daha aydın bir təsəvvür yaradacaq.

Dekabr ayında Berlindəki hücum kimi, İŞİD-dən ilham alınaraq həyata keçirilən hücumlar Avropa insanlarının miqrantlara dəstəyini, belə görünür, azaldır. Populist, anti-isteblişment partiyalarının artması ilə bərabər Avropada siyasi parçalanma ilə bağlı narahatlıqlar da artır.

Bu isə avropalılar üçün ciddi problemlər yaradır.

“Problemlər- İŞİD və radikallaşmadır. Amma əslində təkcə radikallaşma da deyil. Miqrantlarla birlikdə Avropa əhalilərini hədəf alan insanlar gəlir. Suriya və İraqdakı insanlar isə Avropada hücumların planlaşdırılması və koodinasiya edilməsinə yardım etmək üçün şifrələnmiş applikasiyalar vasitəsilə onlarla əlaqə qurur.”

Cato İnstitutundan təhlilçi Marian Tupinin sözlərinə görə, avropalılar arasında Avropa İttifaqının xarici sərhədlərinin yaxşı nəzarət olunmadığına dair fikir yaranıb.

“İnsanlar hələ də Avropaya lazım olan təhlükəsizlik kontrolu olmadan daxil ola bilirlər. Bunun nəticəsi olaraq isə mən Avropa xalqının Avropanın dövlət idarələrinə etibarının azalacığını gözləyirəm.”

Competitive Enterprise İnstitutundan İain Murrey deyir ki, Almaniya kansleri Angela Merkel kimi miqrantları qəbul edən və yenidən vəzifələrinə seçilmək üçün namizədliklərini irəli sürən Avropa liderləri siyasi karyeralarının ən ciddi çətinlikləri ilə üzləşirlər.

“Fikrimcə, seçki kampaniyaları zamanı bu, onlar üçün böyük problem yaradacaq. Məncə, bir-iki il bundan öncə ilə müqayisədə Avropa boyu anti-miqrant ab-hava yaranıb. Ümumiyyətlə, hər şey əhəmiyyətli dərəcədə dəyişib və bu liderlərin yenidən seçilmələri çox çətin olacaq.”

Merkelin miqrantlarla bağlı “açıq-qapı” siyasəti ona xalqın dəstəyini itirmək bahasına başa gəlib. Lakin rəy sorğularında o, hələ də anti-isteblişment, anti-miqrant siyasi partiyalarından öndə gəlir.

Fransada Xalq Cəbhəsi partiyasının sədrr Marin Le Pen apreldə keçiriləcək prezident seçkilərində iştirak edəcək aparıcı namizədlərdəndir. Dekabr ayında konstitusiya referendumunda populist və millətçi partiyalara məğlub olan İtaliyanın baş naziri Matteo Renzi istefa verib.

ABŞ prezidenti Donald Tramp isə Merkelin miqrant siyasətini “faciəvi səhv” adlandırıb və Brexit-ə görə miqrant axınını günahlandırıb.

Bu problemə çarəni daha yaxın və birlik Avropa İttifaqında görənlər isə status-kvo ilə bağlı dərin narazılıqları göz ardı edə bilməzlər.

XS
SM
MD
LG