Accessibility links

Ketrin Əşton Misirdə səfərdədir


Avropa Şurasının xarici siyasət şöbəsinin başçısı Ketrin Əşton Müsəlman Qardaşları partiyası və keçid hökümət arasında əlaqələrin yenidən bərpasına kömək etmək üçün Misirdədir.

Xanım Əşton Xarici İşlər naziri Nabil Fəhmi ilə görüşüb. O, müvəqqəti prezident Adli Mənsur da daxil olmaqla bir neçə liderlərlə görüşməyi planlaşdırır.

Misir hərbi qüvvələri iyul ayında prezident Məhəmməd Mursini devirərək hakimiyyətə nəzarəti ələ keçirib.

Həmin vaxtdan Mursi tərəfdarları ilə hökümət qüvvələri arasında qarşıdurma zamanı təxinən min nəfər həlak olub.
XS
SM
MD
LG