Accessibility links

Avropa Parlamentinin təhlükəsizlik və müdafiə alt komitəsinin iclasında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub


Media Forumunməlumatına görə, Avropa Parlamentinin təhlükəsizlik və müdafiə alt komitəsinin iclasında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub. Qurumun üzvü Milan Kabrnox deyib ki, münaqişənin dinc yolla həlli üçün Dağlıq Qarabağın ətrafındakı rayonların qaytarılması ilk addım olmalıdır.

Deputat İvo Vayql qeyd edib ki, Avropa İttifaqı Ermənistana mövcud status-kvonun qəbuledilməz, işğal faktının qeyri-qanuni olduğunu başa salmalıdır: “Azərbaycan torpaqları işğal altında qalmaqda davam edir, beynəlxalq konvensiyalara məhəl qoyulmur”.

AzərTAc-ın məlumatına görə, deputat Vitautas Landsbergis Azərbaycan ərazilərinin mübahisəli deyil, işğal edilmiş ərazilər olduğunu bildirib, terminlərin düzgün işlədilməsinin vacibliyini vurğulayıb.

Parlement üzvü Anna İbrisaqiç deyib: “Azərbaycan əraziləri işğal edilib. Biz işğalçı tərəfə cəsarətlə deməliyik ki, bu, səhv addımdır. İşğala son qoyulmalı, məcburi köçkünlər doğma torpaqlarına qayıtmalıdırlar”. Deputat Avropa İttifaqını ötən ay Dağlıq Qarabağda Ermənistan prezidenti Serj Sərkisyanın iştirakı ilə qeyri-qanuni paradın keçirilməsinə reaksiya verməyə çağırıb.

XS
SM
MD
LG